
İmtahana necə qoşula bilərəm?
- İmtahan Online şəkildədir, əziyyət çəkib harasa getməyə ehtiyac yoxdur.
Qeydiyyatdan keçərək dərhal qoşula bilərsiniz.
Mövzu Sınaq İmtahanları hansı fənnləri əhatə edir?
- Dərs proqramında olan hər sinif üçün nəzərdə tutulmuş bütün fənnləri əhatə edir.
Fənnlərə baxmaq üçün klik edin.
Ödənişi həyata keçirən zaman kod istəyir, o nədir?
- Tələb olunan kod banklar tərəfindən təqdim olunan təhlükəsizlik sistemidir.
Kod kart sahibinin mobil nömrəsinə gəlir ki, dələduzlar kartı ələ keçirən zaman pul transfer edə bilməsinlər
Rus-dili bölməsi üçün testlər var?
- Təəsüf ki, hələ yoxdur. Gələcəkdə çoxsaylı istəklər olarsa, testləri hazırlamaq üçün rus-dilli ekspertləri işə cəlb edə bilərik.
Mövzu Sınaq İmtahanları hansı aralıqda dəyişir?
- MSİ hər ilin Oktyabr ayından başlayaraq, dərs proqramı keçilib bitən kimi sistem açılır və 30 gün müddətdə 1 dənə Mövzu Sınaq aktiv olur. Cəmi toplam olaraq il ərzində 8 MSİ var.
Mövzu Sınaq İmtahanlarını kim tərtib edib?
- Hər fənn üzrə prosesə peşəkar ekspertlər cəlb olunub
Müəllim və repititor kimi fəaliyyətim var, sizinlə əməkdaşlıq edə bilərəm?
- Əlbəttə, təkliflərə hər zaman açıqığ, ayrıca bizdə partnyorluq proqramı da var.
Daha ətraflı məlumat üçün bizə yaza bilərsiniz. Müraciət etmək üçün klik edə bilərsiniz